VİP XİDMƏTLƏR

Rahatlıqla səyahət etməyi sevənlər üçün bütün növ VİP xidmətlər - bizim lyuks səviyyəli avtomobillərimiz Sizi hava limanına çatdıracaq, orda isə Sizi tezləşdirilmiş uçuşqabağı rəsmi məqamlar - Fast Track və lounge zidmətləri, endinkdən sonra isə şəxsi sürücü Sizi şəhərin ən yüksək səviyyəli otelinə çatdıracaq.

BAKIDA VİP XİDMƏTLƏR
TELEFON: +994 51 334 66 33, email: tnigar@aittravel.com
XARİCDƏ VİP XİDMƏTLƏR
TELEFON: +994 70 788 33 03, email: mabbas@aittravel.com

SİZƏ HANSI VİP XIDMƏTİ TƏKLİF EDƏ BİLƏRİK?

VİP ZALLARIN VƏ XİDMƏTLƏRİN İCMALI

VİP zallar

BAKU VİP LOUNGE

  • UÇUB GETMƏYƏ:

    • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;

    • sərnişini gətirən avtomobilin Baku VIP Lounge zalının xüsusi dayanacaq ərazisinə qısa müddətə buraxılışı;

    • sərnişinin Baku VIP Lounge zalının girişində qarşılanması və zala fərdi müşayiət olunması;

    • portye xidməti;

    • sərnişinin uçuşunu həyata keçirməsi üçün zəruri sənədlərin mövcudluğunun yoxlanılması, uçduğu ölkənin viza qaydaları və hava nəqliyyatında daşınması qadağan olunan əşyalar barədə məlumatlandırılması;

    • sərnişinin qeydiyyat duracağına fərdi müşayiət olunması;

    • sərnişinin qeydiyyatının, uçuşunun və baqajının rəsmiləşdirilməsinin təşkil olunması;

    • sərnişinə hava gəmisində prioritet sayılan yerlərin təklif edilməsi və yerləşdirilməsində yardım;

    • sərnişinin baqajının qablaşdırılması və emalının təşkil olunması;

    • zəruri hallarda sərnişinə gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;

    • sərnişinin Aviasiya təhlükəsizliyinə baxış, Gömrük və Sərhəd nəzarəti məntəqələrinə fərdi müşayiət olunması;

    • sərnişinin uçuş qabağı vaxtını (2 saatadək müddət ərzində) rahat və səmərəli keçirməsi üçün Baku VIP Lounge zalına (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən WİFİ), mətbuat vasitələri ilə, siqaret çəkən sərnişinlər üçün nəzərdə tutulmuş ayrıca yerlə, kabel televiziyası və s. ilə təchiz edilmiş zal) fərdi müsayiət olunması və yerləşdirilməsi;

    • sərnişinin Baku VIP Lounge zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin edilməsi;

    • uçuşla bağlı məlumatların verilməsi və sərnişinin vaxtında miniyə dəvət olunması;

    • sərnişinin Baku VIP Lounge zalından minik məntəqəsinədək avtomobillə aparılmаsi və sərnişinin əl yükünün avtomobildən HG-nin trapınadək daşınmasına köməklik göstərilməsi;

    • məhdud hərəkətli sərnişin olduqda, sərnişinin Baku VIP Lounge zalının girişindən minik məntəqəsinədək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;

    • tərcüməçi xidməti;

    • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.
  • UÇUB GƏLMƏYƏ:

    • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;

    • sərnişinin HG-nin trapında qarşılanması və əl yükünün avtomobilədək daşınmasına köməklik göstərilməsi;

    • sərnişinin baqajı olduğu halda, baqaj birkasının sərnişindən alınaraq baqajı müəyyən etmək üçün yükdaşıyana verilməsi;

    • sərnişinin HG-nin trapından Baku VIP Lounge zalınadək avtomobillə aparılması;

    • yükdaşıyan tərəfindən sərnişinin baqajının baqaj bunkerindən qəbul edilərək, baqajın Baku VIP Lounge zalının girişində (perron tərəfdən) portyeyə təhvil verilməsi;

    • sərnişinin vizasının rəsmiləşdirilməsinə zərurət yarandıqda, vizanın rəsmiləşdirilməsində məsləhət yardımının göstərilməsi;

    • sərnişinin uçuşdan sonrakı vaxtını (2 saatadək müddət ərzində) rahat və səmərəli keçirməsi üçün Baku VIP Lounge zalına (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən Wi-Fi), mətbuat vasitələri ilə, siqaret çəkən sərnişinlər üçün nəzərdə tutulmuş ayrıca yerlə, kabel televiziyası və s. ilə təchiz edilmiş zal) yerləşdirilməsi;

    • sərnişinin Baku VIP Lounge zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin edilməsi;

    • sərnişinin Sərhəd nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;

    • zərurət yarandıqda sərnişinə Gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;

    • sərnişinin Gömrük nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;

    • sərnişini qarşılayan avtomobilin Baku VIP Lounge zalının xüsusi dayanacaq ərazisinə qısa müddətə buraxılışı;

    • sərnişinin Baku VIP Lounge zalının çıxışınadək fərdi müşayiət olunması və sərnişinin baqajının avtomobilədək aparılmasına köməklik göstərilməsi;

    • məhdud hərəkətli sərnişin olduqda, onun enmə məntəqəsindən Baku VIP Lounge zalının çıxışınadək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;

    • tərcüməçi xidməti;

    • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.
YOLA SALAN/QARŞILAYAN:

• 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;

• sərnişini yola salan/qarşılayan şəxsin Baku VIP Lounge zalının girişində qarşılanması və zala müşayiət edilməsi;

• yola salan/qarşılayan şəxsin Gömrük və Aviasiya təhlükəsizliyinə baxış məntəqəsinə fərdi müşayiət olunması;

• sərnişini yola salan/qarşılayan şəxsin (2 saatadək müddət ərzində) Baku VIP Lounge zalına (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən Wi-Fi), mətbuat vasitələri ilə, siqaret çəkənlər üçün nəzərdə tutulmuş ayrıca yerlə, televiziya verilişlərinə baxmaq imkanı və s. ilə təchiz edilmiş zala) yerləşdirilməsi;

• sərnişini yola salan/qarşılayan şəxsin Baku VIP Lounge zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin edilməsi;

• avtomobilin Baku VIP Lounge zalının xüsusi dayanacaq ərazisinə qısa müddətə buraxılışı;

• uçuşla bağlı məlumatların verilməsi və yola salan/qarşılayanın zalın çıxışınadək yola salınması;

• tərcüməçi xidməti.

SALAM GOLD SÜRƏTLİ KEÇİD

  • UÇUB GETMƏYƏ:

    • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;

    • Sərnişinin 1-сi Terminalın girişində qarşılanması;

    • Portye xidmət (baqajın terminalın girişindən qeydiyyat duracağınadəkdaşınması üçün işçinin ayrılması);

    • sərnişinin uçuşunu həyata keçirməsi üçün zəruri sənədlərinmövcudluğunun yoxlanılması, uçduğu ölkənin viza qaydaları və havanəqliyyatında daşınması qadağan olan əşyalar barədəməlumatlandırılması;

    • sərnişinin ilk növbədə hava limanının girişindəki Aviasiya təhlükəsizliyinəzarəti məntəqəsinə fərdi müşayiət olunması;

    • sərnişinin ilk növbədə qeydiyyat duracağına fərdi müşayiət olunması;

    • sərnişinin və baqajının qeydiyyatının aparılmasına köməklikgöstərilməsi;

    • sərnişinin hava gəmisində prioritet sayılan yerlərdə yerləşdirilməsindəyardım;

    • zərurət yarandıqda sərnişinə gömrük bəyannaməsinin doldurulmasızamanı məsləhət yardımının göstərilməsi;

    • sərnişinin ilk növbədə Aviasiya təhlükəsizliyinə baxış, Gömrük və Sərhəd nəzarəti məntəqələrinə fərdi müşayiət olunması; — sərnişinin ümumigözləmə zalına fərdi müşayiət olunması;

    • sərnişinin vaxtında miniyə müşayiət olunması;

    • tərcüməçi xidməti;

    • məhdud hərəkətli sərnişin olduqda, sərnişinin aerovağzal kompleksinin girişindən minikməntəqəsinədək aparılması üçün xüsusi araba ilə təminedilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;

    • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.
  • UÇUB GƏLMƏYƏ:

    • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;

    • sərnişinin 1-ci terminalın girişində (perron tərəfdən) qarşılanması;

    • Vizanın rəsmiləşdirilməsinə zərurət yarandıqda sərnişinə məsləhət yardımının göstərilməsi;

    • sərnişinin ilk növbədə Sərhəd nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;

    • sərnişinin baqajların paylanma məntəqəsinədək fərdi müşayiət olunması;

    • Portye xidmət (baqajların paylanma məntəqəsində baqajın müəyyən edilməsi gözləmə zalınadək daşınması üçün işçinin ayrılması;

    • zərurət yarandıqda sərnişinə Gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;

    • sərnişinin ilk növbədə Gömrük nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;

    • məhdud hərəkətli sərnişin olduqda, sərnişinin enmə məntəqəsindən gözləmə zalınadək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;

    • sərnişinin gözləmə zalınadək müşayiət olunması;

    • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.

SALAM PLATİNUM

  • UÇUB GETMƏYƏ

    • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı

    • Sərnişinin avtomobilinin “Salam Lounge” zalının qarşısına xüsusi yol;

    • Sərnişinin “Salam Lounge” zalının girişində qarşılanması və zala fərdi müsayiət olunması;

    • Sərnişinin uçuşunu həyata keçirməsi üçün zəruri sənədlərin mövcudluğunun yoxlanılması, uçduğu ölkənin viza qaydaları və hava nəqliyyatında daşınması qadağan olan əşyalar barəsində məlumatlandırılması;

    • Portye xidməti (baqajın “Salam Lounge” zalının girişindən baqajın komplektləşdirilməsi məntəqəsinədək daşınması üçün işçinin ayrılması);

    • Sərnişinin ilk növbədə qeydiyyat duracağınadək fərdi müşayiət olunması;

    • sərnişinin qeydiyyatının və uçuşunun rəşmiləşdirilməsinin təşkil olunması;

    • sərnişinin hava gəmisində prioritet sayılan yerlərdə yerləşdirilməsində yardım;

    • sərnişinin uçuş qabağı vaxtını (2 saatadək müddət ərzində) rahat və səmərəli keçirməsi üçün “Salam Lounge” zalına (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri ilə və s. təchiz edilmiş zal) yerləşdirilməsi;

    • sərnişinin “Salam Lounge” zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin edilməsi;

    • ekonom sinif sərnişinin hava gəmisində prioritet sayılan yerlərdə yerləşdirilməsində yardım;

    • baqajın rəsmiləşdirilməsi və emalının təşkil olunması;

    • zəruri məsələlər həll olunduqdan sonra sərnişinin “Business Class Lounge” zalına fərdi müşayiət olunması;

    • sərnişinin ayrıca liftdən istifadəsinin təşkil edilməsi;

    • zərurət yarandıqda sərnişinə Gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;

    • sərnişinin ilk növbədə Aviasiya təhlükəsizliyinə baxış, Gömrük və Sərhəd nəzarəti məntəqələrinə fərdi müşayiət olunması;

    • sərnişinin “Business Class Lounge” zalında yerləşdirilməsi;

    • sərnişinin uçuş qabağı vaxtını (2 saatadək müddət ərzində) rahat və səmərəli keçirməsi üçün “Business Class Lounge” zalına (yumşaq mebel və interyerlə, telefonla, faksla, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri ilə və s. təchiz edilmiş zal) yerləşdirilməsi;

    • Sərnişinin “Business Class Lounge” zalında təsdiq olunmuş menyuya əsasənqida məhsulları ilə təmin edilməsi;

    • məhdud hərəkətli sərnişin olduqda, sərnişinin aerovağzal kompleksinin girişindən minik məntəqəsinədək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;

    • uçuşla bağlı məlumatların verilməsi, sərnişinin vaxtında miniyə dəvət olunması və minik məntəqəsinə müşayiət edilməsi;

    • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.
  • UÇUB GƏLMƏYƏ

    • 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;

    • sərnişinin enmə məntəqəsində qarşılanması;

    • vizanın rəsmiləşdirilməsinə zərurət yarandıqda sərnişinə məsləhət yardımının göstərilməsi;

    • sərnişinin Sərhəd nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;

    • sərnişinin vaxtını rahat və səmərəli keçirməsi üçün (2 saatadək müddət ərzində) “Business Class Lounge” zalına (yumşaq mebel, interyerlə, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri və s. təchiz edilmiş zal) fərdi müsayiət olunması və yerləşdirilməsi;

    • sərnişinin “Business Class Lounge” zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin edilməsi;

    • sərnişinin baqajı olduğu halda, baqajı müəyyən etmək üçün baqaj birkalarının portyeyə təqdim edilməsi;

    • Portye xidməti (baqajların paylanma məntəqəsində baqajın müəyyən edilməsi və gözləmə zalınadək daşınması üçün işçinin ayrılması);

    • zərurət yarandıqda sərnişinə Gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;

    • zərnişinin Gömrük nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;

    • tərcüməçi xidməti;

    • zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi;

    • məhdud hərəkətli sərnişin olduqda, sərnişinin enmə məntəqəsindən gözləmə zalınadək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;

    • sərnişinin terminalın çıxışınadək fərdi müşayiət olunması.