AZƏRBAYCANA VİZA

AZƏRBAYCANA VİZA ALMAQ ÜÇÜN ÜMUMİ TƏLƏBLƏR

Azərbayan qanunvericiliyinə uyğun olaraq, ölkəyə giriş viza rejimi ilə tənzimlənir. Gəlmə ölkəsindən asılı olaraq, xarici vətəndaşlara vizanın alınması üçün müxtəlif İmtiyazlar və məhdudiyyətlər nəzərdə tutulub:

- VİZASIZ GİRİŞ;
- GƏLƏN KİMİ VİZANIN ALINMASI;
- ELEKTRON VİZANIN ALINMASI (E-VİSA);
- SƏFİRLİKDƏ VİZANIN ALINMASI.

AZƏRBAYCANA VİZA
TELEFON: +994 51 334 66 33, email: tnigar@aittravel.com

VİZASIZ GİRİŞ REJİMI

Bir sıra ölkələr var ki, onların vətəndaşları Azərbaycan ərazisinə 90 günlük vizasız girişedə bilərlər. Bu siyahıya aşağıdakı ölkələr daxildir:

GƏLƏN KİMİ VİZANIN ALINMASI

Vizanın alınmasını sürətləndirmək və asanlaşdırmaq üçün, bəzi ölkələrin vətəndaşları gələn kimi vizanı Azərbaycanın hava limmanlarında ala bilərlər. Bu viza ölkə ərazisində 30 günə qədər qalmaq imkanı verir. Bu siyahıya aşağıdakı ölkələr daxildir:

ELEKTRON VİZA (E-VİSA)

Həmçinin, Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi saytda tələb olunan formanı doldurmaqla elektron vizanın alınması imkanını yaradıb. Elektron vizanın rəsmiləşdirilmısi 1 gündən 3 günə qədər vaxt tələb edir. Vizanın ödənilməsi VISA və MasterCard ödəmə sistemləri vasitəsi ilə həyata keçirilir. Hazırda elektron vizanı 80 ölkənin vətəndaşı ala bilər. Siyahı aşağıda təqdim edilib:

SƏFİRLİKDƏ VİZANIN ALINMASI

Əgər sizi maraqlandıran ölkə yuxarıda qeyd edilən siyahılardan heç birinə daxil deyilsə, o zaman vizanı birbaşa sizin ölkədə yerləşən Azərbaycanın səfirliyinə müraciət etməklə ala bilərsiniz. Əgər sizin ölkənizdə Azərbaycanın səfirliyi yoxdursa, Azərbaycanın qonşu ölkədə yerləşən səfirliyinə müraciət etmək lazımdır.
Bundan əlavə Azərbaycana daxil olmaq üçün aşağıdakı viza növləri mövcuddur: turistik, tranzit, təhsil, humanitar, iş, o cümlədən qonaq vizası. Növündən asılı olaraq, vizanın alınması üçün tələb olunan sənədlərin siyahısı və onun verilmə müddəti dəyişir. Lakin əsas sənəd olaraq Azərbaycandan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsi ilə göndərilən Dəvətnamədir.

DİGƏR ÖLKƏ VİZALARI

HRG Azərbaycan Çex Respublikası, Latviya, Litva, Fransa, İspaniya, İtaliya, Almaniya, İngiltərə, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirliyi və digər digər ölkələrin səfirliklərində də viza dəstəyi təşkil edir . Biz adı çəkilən ölkələrin səfirliklərinə lazım olan sənədləri toplamaqda, anketi doldurmaqda kömək edə və digər viza dəstəyi verə bilərik. Yalnız vizaya müraciət edərkən hər bir ərizəçi şəxsən özü səfirliyə lazım olan sənədləri təqdim etməlidi. *Səfirlik lazım olduğu təqdirdə turisti müsahibəyə dəvət etmək hüququnu özündə saxlayır. HRG Azərbaycan şirkəti turistlərə viza verilməsinə zəmanət vermir. Viza vermək konsulluq xidmətlərinin müstəsna hüququdur və vizanı vermək və ya rədd etmək qərarı yalnız konsulluq tərəfindən verilir. Əlavə məlumat almaq və lazımı sənədlərlə maraqlanmaq üçün bizimlə əlaqə saxlamağınız kifayətdir

DİGƏR ÖLKƏ VİZALARI
TELEFON: +994 70 788 33 03, email: mabbas@aittravel.com