“EUROVİSİON” KLİPIMİZ TƏQDİM EDİLDİ

 

Sputnik Azərbaycan-a açıqlamasında müğənni bildirib ki, klipin çəkilişləri ölkədən kənarda baş tutub və nəticədən razıdır. BAKI, 7 mart — Sputnik. “Euvrovision” beynəxalq mahnı yarışmasında Azərbaycanı təmsil edən müğənni Aysel Məmmədova uzun müddətdir ki, gözlənilən videoklipi təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, azərbaycanlı müğənni “Euvrovision-2018” mahnı yarışmasında ifa edəcəyi “X my heart” mahnısının klipini təqdim edib. Sputnik Azərbaycan-a açıqlamasında müğənni bildirib ki, klipin çəkilişləri ölkədən kənarda baş tutub və nəticədən razıdır. Layihə üzərində beynəlxalq komanda çalışıb. Komanda Azərbaycan, Yunanıstan, Böyük Britaniya, İsveç, Kipr, Portuqaliya, Rusiya və Ukraynadan olan professionallardan ibarət olub. Xatırladaq ki, “X my heart” mahnısı yunan bəstəkar və prodüsser Dmitros Kontopulos və isveçli Sanrda Borman tərəfindən yazılıb.