Azərbaycan mətbəxi

AZƏRBAYCANIN RƏNGARƏNG VƏ ÖZÜNƏMƏXSUS MƏTBƏXİ

Ətirli zəfəranlı plov, sumaxla bəzədilmiş ləzzətli kabab, buğlama və balıqdan hazırlanan xörək - ləvəngi, desertə şirin şəkərbura, tər meyvə və tərəvəzlərlə dolu masa və sərinləşdirici içki qismində turş-şirin şərbət - bütün bunlar Azərbaycanın rəngarəng və özünəməxsus mətbəxidir.
Resept və inqridiyentlərin azlığından Azərbaycan mətbəxi dəqiq əziyyət çəkmir: ölkənin dağ və subtropik iqlimi özünün sakinlərini dadlı və sağlam qidanın hazırlanması üçün tam təmin edir - səbəbsiz olaraq Azərbaycan uzunömürlülər diyarı hesab edilmir.
Azərbaycan mətbəxinin yeməkləri ətirli ədviyyatlar, təravətli göyərtinin əlavə edilməsi ilə mal, qoyun və quş ətindən, balıqdan, meyvə və tərəvəzlərdən hazırlanır.
Azərbaycan mətbəxi olduqca doyumlu, qidalı və kolorilidir. Məhz buna görə də onu zarafatyana «kişi mətbəxi» adlandırırlar.

Plov - düyüdən hazırlanan, zəfəranla ətirlənən və üzəri ət və ya meyvəl (şirin plov) qara ilə tamamlanan Azərbaycan mətbəxinin xüsusi xörəyidir. Azərbaycan plovunun qeyri-adi nümunələri də mövcuddur. Onların arasında südlü, yumurtalı və qozlu, həmçinin xəmirin içində bişirilmiş xan plov var.
Azərbaycan plovu hazırlanma üsulu və təqdimatına görə orijinallığı ilə fərqlənir: düyü əsasını və qaranı ayrıca hazırlayıb, yalnız masaya gətirərkən qarışdırırlar. Plovu yeyərkən, adətən tərkibinə meyvə və giləmeyvə şirəsi, müxtəlif bitkilərin toxum və tumurcuqlarının cövhəri olan sərinləşdirici içki olan şərbət içilir.
Azərbaycan mətbəxini şöhrətləndirən daha bir yemək kababdır. Bu ləzzətli və ətirli yemək manqal üzərində ya təndirin içində qoyun ətindən ya da nərə balığından hazırlanaraq, üzərinə turşməzə ədviyyat olan sumax əlavə edilir. Azərbaycanda sevilən xörəklərdən biri də dolmadır. Bu yemək həm də Ermənistan və Türkiyə üçün ənənəvi hesab edilir. Adətən dolma deyərkən, üzüm yarpaqlarına bükülmüş ət qiyməsi nəzərdə tutulur. Bu, «yarpaq» adlanan xörəyin klassik variantıdır. Dolmanın digər növləri də var. Bu zaman qiymə pomidor, badımcan və bibərə doldurulur.

Daha bir məhşur nümunə azərbaycansayağı fastfood adlandırılan qutabdır. O, ovuc boyda və aypara şəklində olan içinə qiymə ət doldurulan xəmirdən hazırlanaraq, qızmar yağda qızardılan nazik pirojkidir. İspanaq, keşniş, şüyüd, nar dənələri və əzilmiş pendirlə doldurulmuş kəta - bu yeməyin vegeterian variantıdır. Azərbaycan mətbəxində şorbaların öz yeri mövcuddur: burada isti ətli (piti), soyuq qatıqlı (dovğa), küftəli (küftə bozbaş) və bir sıra digər şorbalar hazırlanır. Həmçinin masaya mütləq qaydada təzə tərəvəz və göyərtidən hazırlanmış salatlar, şoraba və çörəyin analoqu olan lavaş və yuxa da qoyulur.

Azərbaycanda doyumlu yeməkdən sonrakı çayiçmə mərasiminə xüsusi sevgi ilə yanaşırlar, məhz buna görə də burada şirniyyat və mürəbbələr olduqca populyardır. Azərbaycanda 30-dan artıq növü olan şirniyyatlara xaşxaş, qoz, badam, küncüt, zəncəfil, hil və s. əlavə edilir. Azərbaycan şirniyyatları arasında ən məhşurları paxlava, şəkərbura, Bakı kurabiyəsidir. Azərbaycanın hər regionunda paxlava xüsusi reseptlə hazırlanır və hətta fərqli görünür: klassik paxlava romb, məhşur Şəki paxlavası - kvadrat, Qəbələdə isə «üçqulaq» adlandırılıb, üçbucaq formasında hazırlanır. Çay ilə Azərbaycanda həm də mürəbbə verilir, o, qarpız, ağ zoğal, təzə qoz, gilas boyda olan cənnət almasından hazırlanır.
Azərbaycanlıların mürəbbə sevgisi o qədər böyükdür ki, burada onu hətta zeytundan belə hazırlayırlar. Şirin masaya həm də qoz-fındıq, kişmiş, müxtəlif şərbətli qənd də verilir. Şirniyyat armud formasında olan armudu stəkanlarda verilən qara çayla içilir. Belə stəkanda çay çox gec soyuyur. Əgər sizə nahardan öncə çay təklif etsələr, təəccüblənməyin - Azərbaycanda bu ev yiyəsinin qonaqlarına qarşı olan qonaqpərvərliyin və səmimiyyətin göstəricisidir.

Azərbaycan mətbəxinin bəzi xörəklərinin hazırlanması üçün xüsusi qablar istifadə edilir: belə ki, piti şorbası gil küplərdə, plov dibi qalın olan qazanlarda, kabab isə xüsusi şişlərə düzərək hazırlayırlar.Azərbaycanın hər regionunun özünü xüsusi yeməyi var: Lənkəranda bu qozla doldurulmuş və təndirdə hazırlanmış toyuq (cücə), Abşeronda - qutab və düşbərə, Bakıda isə rus pelmenisinə bənzəyən gürzədir.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Faks: (+99412) 493 72 53

E-mail: office@hrg.az

XƏBƏRİNİZ OLSUN

Bizim qaynaq xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək